Björk
Byork Qvyudmundsdouttir və ya sadəcə Byork — (21 noyabr 1965[…], Reykyavik) — İslandiya müğənnisi, mahnı yazarı, multi-instrumentalist, prodüser.
O, musiqi ilə 11 yaşından məşğuldur və üslubu eklektikdir. O, alternativ rok, caz, elektro rəqs musiqisi, klassik və avanqard janrlarındakı işlərinə görə tanınır. 1990-cı illərdə onun mahnılarının 3-ü İngiltərə top onluğuna daxil edilmişdir (It's Oh So Quiet, Army of Me, Hyperballad). Albomları 2003-cü ildə bütün dünyada 15 milyondana artıq nüsxəylə satılıb. O, 4 BRİT mükafatına, 4 MTV video musiqi mükafatınıa MOJO mükafatını, 3 Birləşmiş Krallıq video musiqi mükafatına və 2010-cu ildə isə qeyri-adi səsinə və yüksək təşkilatçılığına,dərin musiqisi və lirikasına görə İsveç Kral Musiqi Akademiyası tərəfindən Polar Musiqi Mükafatına layiq görülüb. Byork həmçinin, 14 Qremmi Mükafatına, 1 Akademiya Mükafatına, 2 Qızıl Qlobus Mükafatına namizəd olub. 2000-ci ildə Kann kinofestivalında "Dancer in the Dark") (Qaranlıq Rəqqası) filmindəki ifasına görə "Ən Yaxşı Aktrisa" adına layiq görülüb.
Similar Artists