Darude

Ville Virtanen (17 iyul 1975, Eura[d], Turku və Pori quberniyası[d]) və ya səhnə adı ilə Darude — Finlandiya DJ-i və prodüseri. O, 1995-ci ildən musiqi karyerasına start vermiş və 1999-cu ilin sonlarında buraxdığı "Sandstorm" hit sinqlı ilə dünyada şöhrəti qazanmışdır. 2000-ci ilin sentyabrında satışa buraxdığı Before the Storm adlı debüt studio albomunun dünyada 800,000-dən artıq nüsxəsi satılmış və Darude üç fin Grammy mükafatına layiq görülmüşdür. Albom Finlandiya hit-paradlarında birinciliyə, Amerikanın Billboard dərgisində isə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Darudenin ikinci studiya albomu Rush Billboard dərgisində 11-ci yerdə, Finlandiyada isə 4-cü yerdə qərarlaşmışdır. Onun üçüncü studiya albomu olan Label This! 2007-ci ildə işıq üzü görmüşdür. Label This! Darudenin digər albomları kimi uğur qazana bilməsə də, Amerikan bloqu Gawker albomu tərifləmişdir. 2011-ci ildə o, EnMass albom şirkətini yaratmışdır. Həmin şirkət vasitəsi ilə Darude öz musiqilərini buraxmağa başlamışdır. Tomorrowland, Future Music kimi festivallarda çıxış etdikdən sonra 2015-ci ilin avqust ayında Darude Moments adlı dördüncü studiya albomunu buraxmışdır. Daha sonra isə o, Amerika və Kanadada turlar həyata keçirmişdir. 29 yanvar 2018-ci il tarixdə Darudenin Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.

Similar Artists

Mauro Picotto

Sash!

666

Brooklyn Bounce

Binary Finary

Fragma

Aquagen

Paffendorf

Klubbheads

DJ Shog

DJ Quicksilver

System F

Watergate

Mario Più

Milk Inc.

Floorfilla

Dream Dance Alliance

Neo Cortex

Foggy

Tomcraft