Cavetown
Cavetown (15 dekabr 1998, Oksford, Cənub-Şərqi İngiltərə[d]) — Birləşmiş Krallıqdan olan müğənni-mahnı yazarı və YouTuber. Onun diskoqrafiyasının böyük hissəsini indi-pop, indi-rok, bedrum pop və ukulele balladalı mahnılar təşkil edir. Bununla bərabər onun yaradıcılığında yeniyetməlik, psixi sağlamlıq və eləcə də LGBT mövzuları geniş yer tutur.
Fəaliyyətinə 2012-ci ilin noyabrında "YouTube" məcrasından kanal açmaqla başlayıb. Paylaşdığı ilk orijinal mahnısı "Haunted Lullaby" adlanır. 2013-cü ildə hələ 14 yaşında özünün birinci albomu sayılan "Everything Is Made of Clouds"u "Bandcamp" üzərindən təqdim edib. 2024-cü ilin mart ayında onun "Spotify"da aylıq 6.6 milyon dinləyicisi olub. 2024-cü ilin iyununda "YouTube" kanalındakı abunəçi sayı 2 milyonu ötüb.
Similar Artists