Popcaan

Popcaan (əsl adı: Andrae Hyu Suzerlend; 15 iyul 1991, Sent-Tomas parişi[d]) — Yamayka diceyi. O, 2008-ci ildə yamaykalı densholl diceyi Vybz Kartel-in səsyazma şirkəti olan Gaza Music Empire-yə qoşulub. Onunla bərabər ayaqqabı brendi "Clarks" üçün mahnı yazmış və həmin mahnısı beynəlxalq miqyasda hit olmuşdur. O, 2013-cü ildə Bruklində fəaliyyət göstərən müstəqil musiqi şirkəti olan Mixpak Records ilə müqavilə bağlayıb. Debüt studiya albomu "Where We Come From"-u bir il sonra, 2014-cü ildə təqdim edib. Popcaan 2016-cı ildə Kanada repçisi Dreykə məxsus səsyazma şirkəti olan OVO Sound ilə və eyni zamanda Warner Records ilə müqavilə bağlayıb. Onun Mixpak ilə müqaviləsindən olan ikinci studiya albomu "Forever" 2018-ci ildə çıxmışdır. Popcaan-ın bir sıra ölkələrdə hit olan sinqlları mövcuddur: "Only Man She Want", "Everything Nice", "Ova Dweet", "El Chapo" və "Family". O, dünyanın bir çox şəhərlərindən olan sənətçilərlə əməkdaşlıq etmişdir: Jamie xx, Pusha T, Giggs, Matoma, Wale, Gorillaz və Davido. Popcaan 2018-ci ildə ekranlara çıxan "The Intent 2: The Come Up" adlı Britaniya istehsalı cinayət-triller filmində aktyorluq debütünü edib.

Similar Artists

Vybz Kartel

Alkaline

Mavado

Aidonia

Kranium

Busy Signal

Masicka

Demarco

Jahmiel

Tommy Lee Sparta

Teejay

Konshens

Dexta Daps

Ding Dong

Govana

Shenseea

Tina (HoodCelebrityy)

Stylo G

Gaza Slim

Spice