Pennywise

O — Stiven Kinqin 1986-cı ildə oxuculara təqdim etdiyi eyni adı daşıyan romanının mərkəzi mənfi qəhrəmanı. Robert "Bob" Qrey və Rəqs edən kloun Pennivayz adları ilə də tanınır. Min illər əvvəldən mövcud olan, dimenziyalar arasında keçid edən bu bədxah məxluq, Men ştatının Derri şəhərində təqribən hər 27 ildən bir uşaqları, nadir hallarda isə böyükləri öz qurbanına çevirir. Əsər boyunca özünü əsasən sirk klounu Pennivayz qiyafəsində göstərən bu məxluqun varlığını "Uduzanlar Klubu" Bill Denbronun kiçik qardaşı Corcinin ölümündən sonra açığa çıxarır. Kinq 2013-cü ildə verdiyi müsahibədə bildirmişdir ki, Pennivayz obrazını yaradarkən özünə "uşaqları dünyada hər şeydən daha çox nə qorxudur" sualını vermiş və cavabın klounlar olduğunu düşünmüşdür. Ədib əvvəlcə "Three Billy Goats Gruff" nağılındakı trollu təsəvvür etmiş, ancaq onu körpünün altında deyil, yeraltı kanallara yerləşdirmişdir. Obraz 1990-cı il televiziya ekranlaşdırmasında Tim Karri, 2017-ci il film versiyası və 2019-cu ildəki "O: İkinci fəsil" davamında Bill Skarsqard tərəfindən canlandırılmışdır. Skarsqardın 2025-ci ildə yayımlanması gözlənilən "It: Welcome to Derry" adlı "Max" (HBO) serialında da eyni rolu ifa edəcəyi açıqlanmışdır.

Similar Artists

Bad Religion

NOFX

Millencolin

Lagwagon

No Fun At All

No Use for a Name

Face to Face

Rancid

Anti-Flag

Strung Out

Social Distortion

AFI

Guttermouth

Satanic Surfers

The Offspring

Propagandhi

Ignite

Unwritten Law

Swingin' Utters

The Bouncing Souls